Türkiyə ilk matçında qələbə qazandı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.

Gürcüstan millisindən isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.

***

20:43

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

Metbuat.az xəbər verir ki, Corc Mixalkadze bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

20:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

***

20:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Metbuat.az-ın məlumatına görə, I turun Türkiyə - Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılşamanı argentinalı hakim Fakundo Telyo idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR