Azərbaycanlı idmançı Avropa birinciliyinin qalibi oldu

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün İsa Əliyev körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 112 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. İdmançı təkanla qaldırma hərəkətində 137 kiloqramı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.

Toplam 249 kiloqram (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının qatıldığı birincilik iyunun 23-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı