Həcc ziyarətində ölənlər arasında azərbaycanlı var? - RƏSMİ

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən ölənlər zəvvarların sayı 900 nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə "AFP" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Məkkədə temperatur 51,8 dərəcəyə yüksəlib. İstilər səbəbindən ölən misirlilərin sayı isə 600-ü ötüb. Misirlə yanaşı, ölüm faktları İordaniya, İndoneziya, İran, Seneqal, Tunis və İraq tərəfindən də təsdiqlənib. Bu il həcc ziyarətində 1,8 milyon insan iştirak edir.

Maraqlıdır, Həcc ziyarəti zamanı istidən ölənlər arasında azərbaycanlı zəvvarlar olubmu?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən News24.az-a bildirilib ki, ölənlər arasında azərbaycanlılar yoxdur.

Bildirilib ki, azərbaycanlılar sağ-salamatdırlar. Rəhmətə gedənlərin arasında Azərbaycan vətəndaşlarından heç kim yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı