Türkiyə - Portuqaliya oyununu bu hakimlər idarə edəcək

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda keçiriləcək Türkiyə - Portuqaliya matçının hakimləri açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, matçı almaniyalı Feliks Zvayer idarə edəcək.

Ona Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcəklər.

Qarşılaşmanın 4-cü hakimi isə Xesus Gil Manzano (İspaniya) olacaq.

Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-si keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı