Yemişlə balı birgə yemək təhlükəlidir - SƏBƏB

Bir çox insanlar yemişlə balın birgə yeyilməsinin yolverilməz olduğunu, hətta bunun ölümcül ola biləcəyini deyirlər. Bəs, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, bir çox qidaların birgə qəbul edilməsi sağlamlıq problemlərinə gətirib çıxarır:

"Xüsusən bu, həmin qidaların bir-birinə tərkibinə görə uyğun gəlməməsindən, eyni zamanda onların fərqli sürətlə həzm olunmasından qaynaqlanır. Yemişlə bal da bu kimi qidalardandır. Çünki yemiş mədədə tez həzm olunur. Bal isə uzun müddət insan orqanizmində toxluq yaratmaq üçün istifadə olunan qidalar sırasındadır. Ona görə, daha gec həzm olunur".

Ekspertin sözlərinə görə, belə qidalar həzm problemlərinə də səbəb olur:

"Bu məhsullar yaxşı olar ki, 2 saat fasilə ilə yeyilsin. Bu zaman həmin qidalar təhlükəli olmaz. Digər bir məqam isə hər ikisinin tərkibində şəkərin miqdarının yüksək olmasıdır. İkisinin şəkər miqdarı birləşdikdə, qanda şəkərin miqdarının sürətlə artmasına səbəb olur. Bu da gələcəkdə diabet riskini artırır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı