Astroloqlara görə, iyunun son günləri bəzi bürclər üçün uğurlu hadisələrlə yadda qalacaq.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Balıqlar, Xərçəng və Dolça bürcləridir:
Balıqlar - yaxın günlərdə iş həyatınızda müsbət ahdisələr baş verəcək. Əgər iş axtarırısınızsa, arzuladığınız işi tapacaqsınız. Yeni təkliflər ola bilər. Biznesdə uğurlu layihələr ola bilər.
Xərçəng - ailə və yaxın dostlarınızla münasibətləriniz qaydasına düşəcək. Yığılıb qalan problemlər yaxın günlərdə eşidəcəyiniz xəbərlə bir göz qırpımında həll oluna bilər.
Dolça - eşq həyatınızda müsbət hadisələr yaşanacaq. Xoş xəbərlər eşidəcəksiniz. Eyni zamanda, ayın son günlərində maddi cəhətdən bəxtiniz gətirəcək.