Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü başa çatıb.
Metbuat.az xəbər verir ki, “Frankfurt Arena”dakı matç heç-heçə ilə yekunlaşıb - 1:1.
24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status kvo"nu bərpa edib.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdşran Rumıniya qrup birincisi olub.