Ermənistanın absurd bəyanatına Rusiya cavab verdi - Millət vəkili

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla bağlı növbəti təxribat xarakterli bəyanatla çıxış edib. O bildirib ki, guya Rusiya Qarabağı Azərbaycana "hədiyyə" edib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, bu, absurd bir bəyanatdır, bunun cavabını ilk növbədə Rusiya tərəfi verməlidir və verdi: "Qriqoryanın absurd bəyanatına görə, məhz sülhməramlı qüvvələr gəlib Qarabağı zəbt etdikdən bir müddət sonra Azərbaycan tərəfinə təhvil verib. Onun verdiyi absurd bəyanat cavabsız qalmadı.Rusiya tərəfindən Grigori Karasin səviyyəsində artıq cavab var. O,qeyd edir ki, əgər detallarını bilmək istəyirlərsə, danışıqlarının, bütün problemlərin necə baş verdiyinə yenidən özləri baxsınlar. Grigori Karasin sülhməramlı qüvvələri haqqında da müəyyən açıqlama verib və bildirib ki, sülhməramlıların 2025-ci ilə qədər vaxtı olub. Lakin buna baxmayaraq, 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində separatçılar ərazini darmadağın edib oradan çıxdılar. Heç kim tərəfindən tanınmayan seperatçı qurum artıq ərazidən çıxdı və tam şəkildə Azərbaycan öz süverenliyini bərpa etdi. Yəni bunun konkret cavabı budur".

Millət vəkili bildirib ki, ermənilər iddia edir ki, guya bundan sonra Ermənistan və Rusiya arasında münasibət gərginləşib: "Nikol Paşinyan hətta Rusiya sülhməramlı qüvvələrini bu işlərdə təqsirləndirdi. Güya Qarabağın ərazisində yaşayan ermənilər sülhməramlılar tərəfindən qorunmalı idi.

Məlumdur ki, sülhməramlılar ora 2020-ci ilin müvafiq protokoluna uyğun olaraq gəlmişdi və münaqişə tərəfləri arasında birmənalı şəkildə öz funksiyasını yerinə yetirməli idi. Lakin artıq münaqişə olan tərəf də yoxdur. Ona görə də onların bu ərazidə qalmasına ehtiyac olmadı və buna görə də, ərazini tərk etdilər`.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı