TƏBİB-də “Açıq qapı” günü keçirildi - FOTO

TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Metbuat.az-ın məlumatına görə, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd Müraciətlərlə iş departamentinin fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, müraciətlərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, TƏBİB-ə olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:

“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynovun sözlərinə görə, departamentin daxilində - Ümumi, Vətəndaş müraciətləri və Çağrı xidməti şöbələri fəaliyyət göstərir. İ.Hüseynov vətəndaşların müraciət qaydası və prosesi barədə iştirakçıları məlumatlandırıb:

“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub. Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb. Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib.”.

Daha sonra TƏBİB-in Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov tərəfindən xidmətin fəaliyyət istiqamətləri barədə təqdimat nümayiş olunub. O bildirib ki, bütün Azərbaycan Respublikasının ərazisindən xidmətlə əlaqə saxlamaq mümkündür:

“TƏBİB-in səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şöbə 7/24 fəaliyyət göstərir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə dərhal tədbirlər görməkdir”.

F.Rəsulov qeyd edib ki, 2024-cü ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 623 zəng cavablandırılıb:

“Vətəndaşların müraciətləri, əsasən, işə qəbul qaydaları, arayışların verilməsi, icbari tibbi sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlər və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”.

“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı