Biləsuvarda avtobusla minik maşını toqquşdu - Yaralılar var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR