İranda seçki qutularını daşıyan avtomobilə hücum edildi

İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açılıb.

Metbuat.az İran mediasına istinadən xəbər verir ki, naməlum şəxslərin təşkil etdiyi hücum təhlükəsizlik xidmətinin iki işçisinin ölümünə səbəb olub. Eyni zamanda, 5 nəfərin yaralandığı bildirilir.

Heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı