Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 % artıb

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 26 milyard 498,3 milyon manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 % çox, ilin əvvəlinə nisbətən 10,5 %, illik müqayisədə isə 24,5 % çoxdur.

Kredit qoyuluşunun 18 milyard 709 milyon manatı və yaxud 70,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 449,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 52,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 %-dən 24,3 %-ə qalxıb.

Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 340,1 milyon manat olub. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 5,1 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı