Səməd Sahibzadəyə yüksək vəzifə verildi

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədrinə yeni müşavir təyin olunub.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.

Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı