Salahın yeni klubu bəlli oldu

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah klubdan ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, "Liverpul" da Salahın getməsinə razıdır. "Liverpul" klubla 1 illik müqaviləsi olan Salahı pulsuz əldən verməmək üçün onu satmaq istəyir. Bildirilir ki, komandaya yeni ulduzlar cəlb etmək istəyən İngiltərə komandası Məhəmməd Salahı sataraq transfer büdcəsi yaratmaq istəyir. Məlumata görə, misirli futbolçu üçün Səudiyyə Ərəbistanı komandalarından olan “Əl İttihad” təklif irəli sürüb.

Səudiyyə təmsilçisi ulduz futbolçu üçün 120 milyon avro büdcə ayırıb. Ərəbistan komandası misirli ulduza yüksək maaş və 3 illik müqavilə təklif edib. Tərəflərin razılaşma əldə etdiyi sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı