5 yaşlı Kənanın faciəvi ölümü ilə bağlı təsirli fakt

Sumqayıtda beş yaşlı Kənan Həsənovun yeddinci mərtəbədən yıxılaraq ölməsinin detalları məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə 10-cu mikrorayonda yerləşən binalardan birində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, beş yaşlı Kənan evdə tək imiş. Uşaq eyvandakı velosipedə çıxaraq mağazaya düşən anasını çağırıb. Bu zaman velosiped sürüşüb və Kənan yeddinci mərtəbədən yıxılaraq ölüb.

Fakt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Ətraflı APA TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR