"Özümə qıyardım, ona yox" - Xanımı qəzada ölən sürücü DANIŞDI

İyulun 1-də Ucar rayonu ərazisində baş verən ağır yol qəzasında həyat yoldaşını itirən sürücü Ravin Hüseynov hadisənin təfərrüatlarını danışıb.

Metbuat.az xəbər verir ki, R. Hüseynov hadisənin anidən olduğunu bildirib. O qeyd edib ki, saatda 90 km\saat sürətlə hərəkət müəyyən edilən yolda heç bir maneəyə rast gəlmədən idarəetməni titrib: "Hər şey anidən oldu. Həyat yoldaşım qarşıda, uşaqlar isə arxada əyləşmişdi. İdarəetməni itirdim və maşın betona çırpıldı. Sağ tərəfdə təhlükəsizlik şarı açıldı, amma yoldaşımın başı dirəyə dəydi, partladı.

Heç vaxt istəməzdim ki, həyat yoldaşımı belə tez itirim. Özümə qıyardım, amma ona yox".

Xatırladaq ki, iyulun 1-də Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində "KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində ölüb, 2017 və 2013 və 2015-ci il təvəllüdlü övladları ağır xəsarət alıblar.

Daha ətraflı Baku tv-nin sujetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı