"Paşinyan da buna razıdır, amma irəli getmək istəmir" - AÇIQLAMA

"Dünən Azərbaycan Prezidentinin çox açıq mövqeyi oldu ki, bir neçə ay ərzində sülh müqaviləsi imzalana bilər. Bunun üçün əvvəlcə müəyyən prinsiplər razılaşdırılmalıdır. Ondan sonra, 2-3 ay ərzində sənəd imzalana bilər. Amma Ermənistan konstitusiyasında dəyişiklik olmalıdır. Onların istəyi odur ki, konstitusiya dəyişmədən, sülh müqaviləsi imzalansın".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, konstitusiyada açıq-aşkar Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiası var:

"Belə bir şəraitdə, Azərbaycan sülh müqaviləsi imzalaya bilməz. Əgər sülh müqaviləsi imzalamaq istəyirlərsə, bunun üçün şərait yaradılmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir. Ermənistan rəhbərliyi bunu başa düşür. Bundan yayınmağa çalışır. Paşinyan müxtəlif bəhanələr gətirir".

Akif Nağı qeyd edib ki, əslində Paşinyan konstitusiyanın dəyişdirilməsinin əleyhinə deyil:

"Son günlərdə də Paşinyan bu istiqamətdə açıqlamalar verib. Amma irəli getmək istəmir. Paşinyan konstitusiyanı dəyişməkdən daha çox, yeni konstitusiya ortaya qoymaq niyyətindədir. Çünki dəyişdirmək sözü Ermənistan cəmiyyətində qıcıq yaradır. Eyni zamanda, Paşinyan yeni konstitusiya yaratmaqla, tarixə düşmək istəyir ki, bu, Paşinyanın adı ilə bağlı olsun.

Əgər xoşluqla Ermənistan bununla razılaşmasa, Azərbaycan başqa vasitələrlə addımlar atacaq. Ondan da Ermənistan qorxur. Bu ilin sonuna qədər hansısa nəticənin əldə olunacağı gözlənilən deyil".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı