"Manatlıq" taksilər də yığışdırılır? - AÇIQLAMA

"Manatlıq" taksilərə heç bir qadağa qoyulmayıb. Sadəcə taksi ilə bağlı qəbul edilmiş qanunlar var. Həmin qaydalar üzrə sürücülər təlimdən keçməlidir, sağlamlıq haqqında arayış almalıdır. Sonra həmin şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyat üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, burada heç bir məhdudiyyət yoxdur:

"Onlardan tələb olunan qaydalara əməl etməlidirlər. Bunu etdikdən sonra, rahat şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Qaçaq yolla fəaliyyət göstərən istənilən taksi sürücüsünə görə cərimə və cəzalar təqbiq olunacaq. Həmin cərimələrin məbləği təxminən 40-50 manatdır. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olmağa görə qanunvericilikdə cəza mexanizmi artıq işlək vəziyyətdədir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı