Türkiyə XİN Merih Demiralla bağlı Almaniya səfirinə etirazını bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniya səfirini UEFA-nın türkiyəli futbolçu Merih Demirala qarşı intizam araşdırması başlatması ilə bağlı vəziyyətə görə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı Merih Demirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlı səfirə qəti etiraz bildirilib.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı