Qrossmeyster oyun zamanı dünyasını dəyişdi

Banqladeşli qrossmeyster Ziaur Rəhman oyun zamanı dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 50 yaşlı şahmatçı iyulun 5-də Dəkkədə keçirilən ölkə çempionatının XII turunda Enamul Hossain Rajib ilə oyun zamanı infarkt keçirib.

Ürəyi dayanan Z.Rəhman xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və bir oğlu qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı