Azərbaycan neftin hasilatını 5%-dən çox azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda təxminən 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik muqayisədə 5,3% azdır.

Metbuat.az bildirir ki, respublika üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun, 2,1 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

    Məlumata görə, hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı