Həftəsonu şans bu bürclərin yanında olacaq

Astroloqlara görə, bu həftəsonu bəzi bürclər üçün daha uğurlu olacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Balıqlar, Şir və Əqrəb bürcləri üçün bu həftəsonu hər mənada xoş keçəcək.

Balıqlar üçün bu həftəsonu iş və biznes planlarını qaydaya salmaq üçün yaxşı zamandır. Eyni zamanda yaxşı təkliflər ala bilərlər. Risk almaq üçün uğurlu zamandır.

Şir bürcləri həftəsonu çoxdandır qurduqları səyahət planlarını həyata keçirə bilərlər. Şəxsi münasibətlər üçün uğurlu zaman kəsiyidir. Səmimi və dürüst olmağınız hər şeyi daha da yaxşılaşdıra bilər.

Əqrəb bürcləri üçün maddi gəlir gözlənilir. Həftəsonu maliyyə sahəsində qazanacağınız uğurlar yığılıb qalan problemlərin həllində mühüm rol oynayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR