Ətirşah Parfüm beynəlxalq layihədə ilin uğurlu brendi seçildi

Parfüm emosiyaları ifadəetmə şəklidir. Dünya şöhrətli dizayner Paloma Pikasso ətri şəxsiyyətin avtoqrafı hesab edirdi. Ətir ilk dəfə qarşılaşdığımız insanın xarakteri, temperamenti, həyat tərzi, zövqləri haqqında təəssurat formalaşdırır. Əsirlər boyu öz təsir gücünü qoruyan parfümeriya dövrümüzdə də aktualdır.

Ətirşah parfüm Azərbaycanda parfümeriya sahəsində önə çıxan brendlərdən biridir. Müxtəlif növ ətir məhsullarının toptan və pərakəndə satışını həyata keçirən Ətirşah parfüm 2019-cu ildə fəaliyyətə başlayıb. Parfüm sektorunda beynəlxalq standartları ölkəmizdə tətbiq edən Ətirşah istehsalını 'Made in Azərbaycan' adı altında həyata keçirir. Azərbaycan bazarını keyfiyyətli və eksklüziv ətirlərlə zənginləşdirən brend, dünyanın bir sıra aparıcı ətir şirkətləri ilə əməkdaşlıq edir. Hazırda 10 filialı olan şirkət istehsalını milli ornamentlər və xüsusi dizayn əsasında həyata keçirir. Milli ünsürləri ön plana çıxaran brend üçün keyfiyyət və müştəri məmnuniyyəti əsas meyardır.

Hazırda ətirlərin topdan satışını həyata keçirən brend, müştəri istəyinə uyğun olaraq qablaşdırma edir, eyni zamanda yeni biznes quran müştərilərə parfümeriya sahəsində formalaşmaq üçün dəstək verir.

Bu günə qədər çoxsaylı yerli və xarici sertifikatlarla təltif olunan Ətirşah Parfüm son olaraq 3 İyul 2024-cü il tarixində beynəlxalq “Millionaire Concept Gala” layihəsində ilin “The Successfull Parfum Brand of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı