Azərbaycanın basketbol millisi yenə məğlub oldu - Avropa çempionatı

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Metbuat.az xəbər verir ki, B qrupunda Böyük Britaniya ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.

Qeyd edək ki, seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzub. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığma Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı