"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.