Məşhur istirahət mərkəzində faciə - 10 yaşlı uşaq öldü

Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailəsi ilə istirahətə gedən 10 yaşlı S.Məmmədov (şərti) böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölüb.

Məlumata görə, yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.

Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı