Dərman almağa gəlmişdi - Telefonu oğurlandı

Dərman almağa gələn müştərinin mobil telefonunu oğurlayan şəxs saxlanılıb.

Lənkəran şəhər sakininin apteklərdən birində dərman alarkən stolun üzərinə qoyduğu "Samsung" markalı telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş Seyran Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR