Azərbaycanda 1 ildir axtarılan cütlük bu halda tapıldı

2023-cü ilin iyun ayından itkin düşmüş şəxs kimi axtarılan Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü Y.İbrahimovun sevdiyi qadınla birgə intihar etdiyi məlum olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Y.İbrahimovun həmin vaxt sevgi münasibətində olduğu Xocalı rayon sakini 1985-ci il təvəllüdlü E.Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinə getdikləri və orada birgə intihar etdikləri müəyyənləşib.

Məlum olub ki, hər iki şəxs sıx meşə sahəsində özlərini birgə asaraq intihar ediblər.

Hadisə yerinə baxış zamanı polis əməkdaşları onlara aid sümükləri və digər qalıqları aşkar edib. Onların ötən ilin iyununda birgə həyatlarına son qoyması ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı