Tanınmış professor vəfat etdi - FOTO

Azərbaycanda tanınmış riyaziyyatçı alim Fuad Lətifov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, F.Lətifov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR