Cari ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 2 721 313.95 min ABŞ dolları dəyərində 4 273 815.04 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 989 074.03 min dollar dəyərində 1 583 289.20 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 567 774.74 min dollar 891 896.27 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 20 ölkəyə 11 098 802.29 min dollarlıq 7 012 103.62 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın cari ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcminə görə) təqdim edir:
Ölkələr | Miqdar (ton) | Statistik dəyər ($, min) | |
№ | Cəmi | 7 012 103.62 | |
1. | İtaliya | 4 273 815.04 | 2 721 313.95 |
2. | İsrail | 1 583 289.20 | 989 074.03 |
3. | Hindistan | 891 896.27 | 567 774.74 |
4. | Çexiya | 762 922.79 | 490 938.39 |
5. | Xorvatiya | 587 571.52 | 375 978.78 |
6. | Almaniya | 440 731.51 | 293 886.91 |
7. | Tailand | 376 876.12 | 234 238.66 |
8. | Portuqaliya | 349 833.85 | 225 407.22 |
9. | Rumıniya | 344 418.52 | 212 236.45 |
10. | Tunis | 256 640.09 | 163 897.06 |
11. | Böyük Britaniya | 268 744.25 | 160 454.65 |
12. | Yunanıstan | 228 237.47 | 144 806.06 |
13. | Türkiyə | 240 128.12 | 133 544.75 |
14. | İndoneziya | 114 892.52 | 69 246.59 |
15. | Polşa | 90 150.50 | 57 363.56 |
16. | Fransa | 89 712.83 | 57 085.07 |
17. | Niderland | 89 955.02 | 57 024.78 |
18. | İspaniya | 76 534.64 | 39 881.49 |
19. | Serbiya | 31 558.85 | 17 516.40 |
20. | Özbəkistan | 893.20 | 434.09 |