"Real"ı dəstəkləyən kral ailəsinin qızı "Barselona"nın ulduzu ilə eşq yaşayır - FOTO

İspaniya millisinin AVRO-2024-dəki qələbəsindən sonra İspaniya kralı Felipe Madriddəki Zarzuela sarayında milli komandanı qəbul edib.

Metbuat.az xəbər verir ki, haqqında əvvəllər eşq iddiaları yayılan "Barselona"nın ulduzu Qavi ilə şahzadə Leonorun əl sıxması söz-söhbətləri yenidən gündəmə gətirib. Həmin an şahzadə Leonorun üzündəki təbəssüm diqqət çəkib və ikili arasında sevgi iddiaları yenidən gündəmə gəlib. İspan mətbuatı ölkənin gələcək kraliçası olacağı deyilən 18 yaşlı Leonorla bir yaş böyük Qavinin münasibətdə olduğunu iddia edir.

Qeyd edə ki, kral Felipe ötən il “Barselona” komandasının oyunçuları ilə görüşəndə böyük qızı Leonorun Qaviyə heyran olduğunu demişdi. Bundan sonra onun komanda yoldaşları Qaviyə zarafatla "Balaca Şahzadə" deməyə başlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı