İspaniya La Liqasında ən çox maaş alan futbolçuların adları bəlli oldu

İspaniya La Liqasında bonuslar nəzərə alınmadan ən çox maaş alan futbolçuların adları bəlli olub.

Metbuat.az xəbər verir ki, ilk sırada "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq yer alıb.

37,5 milyon avro məvacib qazanan futbolçu birinci pillənin sahibidir. Onu komanda yoldaşı Rober Levandovski təqib edir.

Polşalı hücumçunun maaşı 33,33 milyon avrodur. İlk "üçlüy"ü isə "Real"ın (Madrid) yeni transferi Kilian Mbappe qapayır. 31,25 milyon avro qazanan fransalı forvard La Liqada ən çox məvacib alan üçüncü futbolçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR