"Sevilya"nın ulduzu İstanbul klubu ilə anlaşdı

İspaniyanın "Sevilya" klubunda forma geyinən Yusif En-Nesri "Fənərbağça" ilə bütün şərtlərdə anlaşıb.

Metbuat.az bildirir ki, bu barədə ispan klubunun mətbuat katibi Xavier Santos məlumat yayıb. O bildirib ki, transfer görüşmələrinin ardından futbolçu İstanbula getməyə yaxındır və Səudiyyə komandalarının futbolçu ilə görüşdüyü xəbərləri doğru deyil.

Qeyd edək ki, 27 yaşlı En-Nesri Mərakəş millisində 73 oyuna çıxıb. O, karyerası ərzində "Malaqa", "Leqanes" və "Sevilya" formaları geyinib. Futbolçu karyerası ərzində 290 matçda 93 qol vurmağı bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı