Kamran Əliyevin yerinə o təyin edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə yeni rəis təyin edilib.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, müvafiq əmrə əsasən bu vəzifəyə Elçin Xasiyev təyin olunub.Elçin Xasıyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin keçmiş rəisi Kamran Əliyev idi. K.Əliyev 2024-cü il martın 27-də sözügedən vəzifədən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR