Ronaldo barədə yeni iddia - Messinin yanına gedir

Peşəkar futbolçu karyerasını "Əl-Nəssr" klubunda davam etdirən Kriştiano Ronaldo ilə bağlı təəccüblü iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, portuqaliyalı ulduzun Lionel Messinin də çıxış etdiyi MLS-ə gedəcəyi bildirilir. Bildirilir ki, Ronaldo “Əl-Nəssr”lə 2025-ci ildə yekunalaşacaq müqaviləsini yeniləməyəcək. Müqavilə yekunlaşandan sonra Ronaldonun ABŞ-a gedəcəyi deyilir.

Bu xəbərdən sonra “Peterborough” prezidenti Macanthony ulduz futbolçu ilə bağlı təəccüblü iddia ilə çıxış edib.

“Talksport”a danışan Macanthony deyib: "Mən potensial olaraq bir MLS klubu alacam, çünki düşünürəm ki, Dünya Kuboku və Olimpiadadan sonra futbol idmanı artıq ilk dördlükdədir. Ailələr uşaqlarını futbol düşərgələrinə göndərmək üçün sərvət xərcləyirlər. Mən inanıram ki, Messi effekti və Apple müqaviləsi ilə futbolda dəyərlər yüksələcək və Kristiano Ronaldo Səudiyyə Ərəbistanında işini bitirdikdən sonra yəqin ki, Amerikaya gedəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı