Türkiyəli idmançıdan tarixi nəticə - “Paris-2024”

Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Metbuat.az xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.

Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR