Bu hücum “Hizbullah”a baha başa gələcək - Netanyahu

İsrail “Hizbullah”ın Colanda durzilərin yaşadığı Məcdəl Şəms yaşayış məntəqəsinə hücumunu cavabsız qoymayacaq və hücum hərəkata baha başa gələcək.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Durzi icmasının ruhani lideri Şeyx Müafiq Tariflə söhbəti zamanı deyib.

"Baş nazir İsrailin bu ölümcül hücumu cavabsız qoymayacağını və “Hizbullah”ın indiyə qədər ödədiyi ən yüksək qiyməti ödəyəcəyini vurğulayıb", - deyə Baş nazirin ofisindən verilən məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı