Aleksey Kaşuk bizim dəvətimizlə Bakıya gəlməyib.
Metbuat.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis ukrayna yarımmüdafiəçinin "köhlən-atlar"a mümkün keçidinə münasibət bildirib: "Ola bilər ki, hansısa komandamıza görə buradadır".
Qeyd edək ki, oyunçu "Qarabağ"ın Bakıda "Linkoln" 5:0 hesabı ilə məğlub etdiyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu tribundan izləyib.