İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin öldüyü binanın fotoları yayılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsdin baş verdiyi bina İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr aralıda yerləşir.
Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.