Azərbaycanın basketbol millisi növbəti görüşünə çıxdı - Paris-2024

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, yığma IIII turda Almaniya ilə qarşılaşıb. Görüş komandamızın 8:12 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR