Bakıdakı ağır qəzada ölən və yaralananların adları - SİYAHI / YENİLƏNİB

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 19-u yaralanıb. Qəzada ölən və yaralananların adlarını təqdim edirik:

1971-ci il təvəllüdlü (53 yaş) Hüseynov Nazim Kazım oğlunun idarə etdiyi "Baku Bus" MMC-e mexsus "Neoplan" markalı sərnişin avtobusu ilə, 1979-cu il təvəllüdlü (45 yaş) Yunisov Adil Şamil oğlunun idarə etdiyi Sumqayıt şəhər Nəqliyyat MMC-e mexsus 42 saylı "Isuzu" markalı sərnişin avtobusunun toqquşması nəticəsində "Isuzu"nun sərnişini,

2006-cı il təvəllüdlü (18 yaş) Ağayeva Məryəm Maqsud qızı ölmüş ve 19 nəfər xəsarət almışdır:

"Neoplan"ın sürücüsü, "Isuzu"nun sərnişinləri, 1961-ci il təvəllüdlü Ceferova Həqiqət Sahib qızı

1986-cı il təvəllüdlü Kərimova Seide İldırım qızı
1989-cu il təvəllüdlü Əliyeva Məryəm Qabil qızı
1980-cı il təvəllüdlü Memmedova Vüsalə Məmməd qızı
2002-ci il təvəllüdlü Memmedova Xeyalə Məhəmməd qızı
2005-ci il təvəllüdlü İsgəndərova Nərgiz Məmməd qızı
2016-cı il təvəllüdlü Allahverdiyeva Gülay Əhməd qızı
1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu
1996-cı il təvəllüdlü Əliyeva Əsbət Əlişan qızı
1967-ci il təvəllüdlü Quliyeva Südabə Əflatun qızı
1963-cü il təvəllüdlü Həsənova Zenfira Cavanşir qızı
1982-ci il təvəllüdlü Qasımova Sevda Hajan qızı
1999-cu il təvəllüdlü Abasov Ceyhun Mamed oğlu

2007-ci il təvəllüdlü Quluzadə Elcan Hörmət oğlu
1971-ci il təvəllüdlü İsgəndərova Məmmədağa İsgəndər oğlu
2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu
Saatlı rayon sakinləri 1993-cü il təvəllüdlü (31 yaş) Nəsirov Orxan Hidayət oğlu
2005-ci il təvəllüdlü Nəsirov Yusif Çərkəz oğlu.

***

Bakı-sumqayıt yolunda baş verən qəza zamanı ölən şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, o, 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

***

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

    Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

    ***

    Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada ilkin məlumata görə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

    Metbuat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

      Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

      ***

      Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.

      Metbuat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

        Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.


        Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
        0552252950 (Whatsapp)

        BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR