Ağdaşda ağır qəza - Ölən və yaralanan var

Ağdaş rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, hadisə ötən gecə Ağdaş şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR