Bakı Hərbi Məhkəməsində yeni hakim

Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş yükünün ağır olması ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sözügedən məhkəməyə ezam edilib.

Hakim M.Məmmədov artıq ilk hərbi işlərinə baxmağa başlayıb.

Qeyd edək ki, M. Məmmədov 2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. O, ölkə gündəmində olan məhkəmələrdən biri - Biləsuvarın korrupsiya cinayətlərinə görə həbs edilmiş sabiq icra başçısı Mahir Quliyevin işini araşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı