Biabırçı məğlubiyyətdən sonra plan dəyişdi - Bu oyunçular göndərilir

Türkiyə Super Kubokunda "Beşiktaş"a 5:0 hesabı ilə məğlub olan "Qalatasaray" klubunda heyətlə bağlı yeni qərarlar verilib.

Metbuat.az "NTV Spor"a istinadən bildirir ki, klub Zaha və Ziyeşlə yolları ayırmağa hazırdır.

Həmçinin, 5 futbolçu üçün gələn təkliflər də dəyərləndiriləcək. Sol cinah üçün yeni oyunçu axtaran İstanbul təmsilçisi Derrik Köhnü sata bilər. Abdulkerim Bardakçı və Kərəm Aktüroğlu üçün gələn təkliflərə də baxılacaq.

Barış Alpər Yılmaz və Davinson Sançes də satıla biləcək oyunçular sırasındadır. Klub iki oyunçunun satışından minimum 30 milyon avro qazanmağı düşünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR