Ukraynaya qırıcılar verilsə də, istifadə edə bilməyəcək - SƏBƏB

Ukrayna ona vəd edilən F-16 qırıcılarını alsa da, ondan istifadə edə bilməyəcək.

Metbuat.az bildirir ki, bu barədə "Defence Express" məlumat yayıb. Məqalədə qeyd edilir ki, Ukrayna Hərbi Hava Qüvvələri üçün təlim keçmiş və F-16 pilot sertifikatı almış pilotlara ehtiyac var - ən azı 79 pilot. Avropada yeganə F-16 pilot təlim mərkəzi isə Ruminiyadadır.

Mütəxəssislərin fikrincə, texniki kadr çatışmazlığı problemini gözardı etmək olar, çünki bu problemin həlli xaricdən könüllü pilotların cəlb edilməsi və ya özəl hərbi şirkətlər vasitəsilə mümkündür. Lakin bu halda belə, bu təyyarələrin saxlanması və silahlanması məsələsi qalır:

"Təsəvvür etsək ki, bu problem həll olunub, əsas vəzifə qalır - bu təyyarələrin yerləşdirilməsi və mühafizəsi. Düşmənin işini asanlaşdırmamaq üçün onları eyni hava bazasında bir-birinə yaxın yerləşdirmək olmaz. Üstəlik, qırıcıların nəinki səpələnəcəyi, həm də təyyarələrin sayından xeyli çox olan qorunan sığınacaqlarda yerləşəcəyi 6-7 hava bazasına ehtiyac olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı