Sənan Süleymanov bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb. Rəqibinə 1:6 hesabı ilə uduzan güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR