HƏMAS-ın yeni lideri Yəhya Sinvar kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Yəhya Sinvarı HƏMAS-ın Siyasi Bürosuna yeni rəhbər təyin edilib.

Sui-qəsd nəticəsində ölən İsmayıl Haniyənin yerinə təyin edilən Yəhya Sinvar kimdir?

Metbuat.az onun dosyesini təqdim edir.

Yəhya Sinvar 1962-ci ildə Qəzza Zolağının Misir hakimiyyəti altında olduğu dövrdə Xan Yunis qaçqın düşərgəsində doğulub. İlk illərini bu düşərgədə keçirib.

Ailəsi 1948-ci il Ərəb-İsrail Müharibəsi zamanı Al-Majdal Asqalandan (Aşkelon) Qəzza Zolağına sığınıb. Orta məktəbi Xan Yunis Kişi Orta Məktəbində bitirdikdən sonra Qəzza İslam Universitetində təhsil almış və burada Ərəb dili üzrə bakalavr dərəcəsi əldə edib.

Sinvar ilk dəfə 1982-ci ildə həbs olunub və bir neçə ay Fara həbsxanasında çəza çəkib.

1988-ci ildə Sinvar iki İsrail əsgərinin qaçırılması və öldürülməsi və İsrail ilə əməkdaşlıq etdiyindən şübhələndiyi dörd fələstinlinin öldürülməsi ittihamı ilə günahlandırılır. Həmin ilin fevral ayında həbs olunur.

Sinvar cəzasının 22 ilini çəkmiş və Həmasın beş il girov saxladığı IDF əsgəri Gilad Şalit üçün 2011-ci ildə aparılan məhbus mübadiləsi zamanı 1026 nəfər arasında azad olunan ən yüksək səviyyəli fələstinli məhbus olub.

O, 2021-ci ilin martında keçirilən seçkidə HƏMAS-ın Qəzza bölməsinin rəhbəri vəzifəsinə ikinci dörd illik müddətə seçilib.

Qəzzadakı ən yüksək səviyyəli Həmas rəsmisi olmaqla yanaşı, Haniyədən sonra Həmasın ən güclü ikinci üzvü kimi görülürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı