HƏMAS-ın yeni lideri o oldu - FOTO

HƏMAS-ın Siyasi Bürosuna yeni rəhbər təyin edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yeni lideri Yəhya Sinvarı olub.

Qeyd edək ki, HƏMAS-ın avqustun 3-də verdiyi açıqlamada öldürülən Siyasi Büro rəhbəri Haniyənin yerinə yeni adın müəyyənləşdirilməsi üçün məsləhətləşmələrə başlandığı açıqlanmışdı.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edərkən öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı