"Ağ Ev" İsrailin bu addımına qəzəblənib

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra İsrail ABŞ-a məlumat verib.

Metbuat.az bildirir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan amerikalı məmura istinadən yazır. Qeyd olunur ki, Co Bayden administrasiyasının rəsmiləri Haniyəni aradan qaldırmaq qərarına qəzəblənib. Ağ Ev bunun Qəzza zolağında atəşkəs əldə etmək üçün aylarla davam edən danışıqları ləğv edə biləcəyindən ehtiyat edirdi.

Amerika rəsmiləri həmçinin İsrailin İran komandirlərini və ya Hizbullah üzvlərini öldürmək üçün başqa əməliyyatlara başlamazdan əvvəl onlara məlumat verməməsindən narahatdırlar.

Nəşrin adının çəkilməsini istəməyən israilli həmsöhbətlərindən biri deyib ki, baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığı “gərgin” keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı