Mourinyonun istədiyi Gündoğan İstanbula gəlir

"Fənərbağça" və "Qalatasaray" klublarının transfer siyahısında olan "Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğan İstanbula gəlir.

Metbuat.az xəbər verir ki, bu barədə türk mediası yazıb. Məlumata görə, futbolçu İspaniyada hava limanında görülüb. Onun klubundan 2 günlük icazə ilə Türkiyəyə gələcəyi bildirilib.

Qeyd edək ki, futbolçunun adı əvvəlcə "Qalatasaray", sonra isə "Fənərbağça" ilə hallanırdı. "Fənərbağça"nın futbolçu üçün 15 milyon avro ödəməyə hazır olduğu deyilir. Klubun baş məşqçisi Joza Mourinyo da oyunçunun xidmətində maraqlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı